30 Sentyabr 23:35
30 Sentyabr 23:33
30 Sentyabr 23:19
İran nümayəndə heyəti Nyu-Yorku qrafikə uyğun olaraq tərk edib
İsrail "Flydubai" insidenti ilə bağlı araşdırmada iştirak edə bilər
ABŞ Trampın prezidentliyinin başlanğıcından bəri 250 minə yaxın vizanı ləğv edib
Tramp: "Hörmüz boğazına tam nəzarət edirik, lakin vəziyyət dəyişə bilər"
Tramp İrana qarşı sərt xəbərdarlıq etdi: "Ya saziş, ya da zərbələr"
08:18
357
Qlobal fond bazarlarında əsas indekslər üzrə fərqli dinamika qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 443,87 bənd və ya 0,86% azalaraq 50 906,05 bəndə, “S&P 500” indeksi 19,30 bənd və ya 0,25% geriləyərək 7 651,54 bəndə düşüb. “Nasdaq Composite” isə 63,52 bənd və ya 0,24% artaraq 26 861,06 bəndə yüksəlib. “NYSE Composite” 0,92% azalaraq 23 490,79 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,63% geriləyərək 35 235,87 bənd olub.
Avropa bazarlarında bütün əsas indekslər geriləyib. “Euro Stoxx 50” 0,81% azalaraq 6 269,02 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,29% azalaraq 10 606 bəndə, Almaniyanın “DAX” indeksi 0,79% geriləyərək 25 199,19 bəndə düşüb. Fransanın “CAC 40” indeksi 0,89% azalaraq 7 964,51 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,47% geriləyərək 19 426,20 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda isə əsasən müsbət dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 1 600,31 bənd və ya 2,40% artaraq 68 354,03 bəndə, “TOPIX” indeksi 0,02% yüksələrək 4 109,64 bəndə çatıb. Honq-Konqun “Hang Seng” indeksi 0,37% artaraq 24 613,27 bəndə, Çinin “CSI 300” indeksi 0,29% yüksələrək 4 357,62 bəndə çatıb. Avstraliyanın “S&P/ASX 200” indeksi isə 1,92% azalaraq 8 620,80 bəndə düşüb.
Bazarlardakı dinamikanın əsas fonunu yüksək istiqraz gəlirliliyi, neft qiymətlərinin artması və FED-in növbəti faiz qərarı ilə bağlı gözləntilərin dəyişməsi formalaşdırıb. ABŞ-da avqust üzrə PCE inflyasiyasının illik 3,4% olmaqla gözləniləndən aşağı açıqlanması FED-in oktyabrda yenidən faiz artıracağı ehtimalını azaldıb. Bu, texnologiya səhmlərinə dəstək versə də, uzunmüddətli istiqraz gəlirliliyinin yüksək qalması “Dow Jones” və “S&P 500” indekslərinə təzyiq göstərib.
Avropada istiqraz gəlirliliyinin yüksəlməsi və enerji qiymətlərinin yaratdığı inflyasiya narahatlığı səhmlərə təzyiq göstərib. Asiyada isə ABŞ inflyasiyasının gözləniləndən zəif artması faizlə bağlı narahatlığı qismən azaltsa da, yüksək istiqraz gəlirliliyi region üzrə investor ehtiyatlılığını qoruyub.
08:20
406
30 Sentyabr 23:17
665
30 Sentyabr 23:09
658