22:14
406
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nigeriyanın xarici işlər naziri Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı olub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 5-də baş tutan telefon danışığı zamanı Azərbaycan-Nigeriya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyi müzakirə edilib.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Parlamentlərarası İttifaq, D-8 və digər platformalarda əməkdaşlığın əhəmiyyətini qeyd edib, qarşılıqlı dəstəyin və əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini bildirib.
Bu çərçivədə Nigeriya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycanın təqaüd proqramları çərçivəsində Nigeriya vətəndaşları üçün yaradılan imkanların əhəmiyyəti vurğulanıb.
Tərəflər regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
21:39
490
20:50
532
19:59
560