“Qırmızı dənizdə təhlükəsizlik vəziyyəti kəskinləşəcək” Gündəm

“Qırmızı dənizdə təhlükəsizlik vəziyyəti kəskinləşəcək”

“Yaxın Şərqdə İran-Səudiyyə Ərəbistanı qarşıdurması yenidən alovlanacaq, baxmayaraq ki, bununla bağlı qardaş Türkiyənin çox çalışmaları var idi. Ancaq görünən odur ki, Yəməndə hökumət qüvvələrinin husilərə qarşı apardığı bu əməliyyat gərginliyin yenidən artmasına səbəb olacaq”.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Üzeyir Cəfərov deyib.

Siyasi şərhçi düşünür ki, yaxın vaxtlarda yenə də İran-Səudiyyə arasında həm diplomatik, həm də hərbi müstəvidə gərginliklər olacaq: “Bu, uzun müddət davam edən bir məsələdir. Təəssüflər olsun ki, bunda müsbətə doğru hər hansı bir işartılar yoxdur. Qırmızı dənizdə təhlükəsizliklə bağlı vəziyyət kəskinləşəcək. Mən vəziyyətin bir qədər də pisləşəcəyi qənaətindəyim. Düzdür, biz indi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçlüyünün imzaladığı “Məkkə” sazişi çərçivəsində əlaqələrdən danışırıq. Yəni müdafiə sahəsi ilə bağlı görüş olacaq, amma İran-Səudiyyə Ərəbistanı münasibətləri husilər mövzusunda gərginləşəcək və vəziyyət tərəflərin ağır silahlardan da istifadə etməsinə gətirib çıxaracaq”.

Röya İsrafilova