13:34
588
"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsinin pilot kabinəsində kapitana hücum edildikdən sonra İsrail hava gəmisini vurmağa hazır olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanında eniş etməsəydi, İsrail göyərtəni müşayiət etmək üçün qırıcılar göndərəcəkdi. Təhlükəsizlik protokoluna əsasən, belə vəziyyətdə təyyarənin vurulması nəzərdə tutulsa da, yekun qərarı yalnız Baş nazir Binyamin Netanyahu verə bilərdi. Telekanalın mənbələri qeyd edib ki, təyyarənin hər hansı hədəfə çırpılmasındansa, onun vurulması daha məqsədəuyğun variant hesab olunub.
Məryəm Quliyeva