Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində yeddi nəfər həlak olub Gündəm

Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində yeddi nəfər həlak olub

​Səudiyyə Ərəbistanının Yəmənin şimal-qərbindəki sərhədyanı bölgələrə endirdiyi zərbələr nəticəsində azı yeddi nəfər həlak olub, daha altı nəfər isə yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

​Məlumata görə, zərbələr Saada və Həccə əyalətlərinin sərhədyanı ərazilərinə endirilib.

Məryəm Quliyeva