Yeni İsrail parlamentinin ilk iclası noyabrın 10-da keçiriləcək Gündəm

Yeni İsrail parlamentinin ilk iclası noyabrın 10-da keçiriləcək

İsrail Knessetinin (parlamentinin) 26-cı çağırışının 120 deputatın and içəcəyi ilk iclası noyabrın 10-da baş tutacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyinin noyabrın 4-ü səhər saatlarında oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin nəticələrini təsdiqləməsindən sonra parlamentin saytında dərc olunan məlumatda bildirilib.

Noyabrın 4-də MSK seçkilərin nəticələrini İsrail Prezidenti İsaak Hertsoka təqdim edəcək, bundan sonra prezident hökumətin təşkilinin tapşırılacağı deputatın adını müəyyənləşdirmək üçün partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq. Məsləhətləşmələr bir neçə gün çəkə bilər. Nazirlər Kabinetinin rəhbəri postuna ilk namizədə hökuməti formalaşdırmaq üçün 28 gün vaxt veriləcək və bu müddətin iki həftə uzadılması imkanı olacaq. Uğursuzluq olacağı təqdirdə, prezident bu hüququ başqa bir deputata həvalə edəcək ki, həmin şəxsə tapşırığı yerinə yetirmək üçün uzadılma imkanı olmadan iki həftə vaxt ayrılacaq.

Məryəm Quliyeva