İndoneziyada fabrik yanğınından sonra 24 cəsəd torbası çıxarılıb Dünya

İndoneziyada fabrik yanğınından sonra 24 cəsəd torbası çıxarılıb

İndoneziyanın Banten əyalətində yerləşən qənnadı fabrikində baş verən yanğından sonra polis müəssisənin ərazisindən insan qalıqları olan 24 kisə çıxarıb. İtkin düşən işçilərin axtarışlarının noyabrın 23-ü səhər saatlarında bərpa edilməsi planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Bazar günü İndoneziya polisi Yava adasında yanğın nəticəsində məhv olmuş fabrik binasından 24 cəsəd torbası çıxarıb", – deyə məlumatda bildirilir.

Yanğın noyabrın 21-i axşam saatlarında Çikande şəhərində yerləşən "PT Fonusa Agung Mulia" fabrikində baş verib. Ertəsi gün yanğınsöndürənlər qalan alov ocaqlarının söndürülməsini davam etdiriblər. Müəssisənin itkin düşən əməkdaşlarının axtarış əməliyyatı gecə saatlarında dayandırılıb.

Məryəm Quliyeva