Donetskdə separatçıları mikroavtobusu partladılıb Dünya

Donetskdə separatçıları mikroavtobusu partladılıb

Qondarma "Donetsk xalq respublikası"nın lideri Denis Puşilinin mikroavtobusu Donetsk şəhərinin mərkəzində, vilayət administrasiyasının binasının qarşısında partladılıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 7 nəfər yaralanıb. Onların arasında 2-si Puşilinin mühafizəçisi, sürücüsü və şəxsi köməkçisinin olduğu bildirilir. Puşilin özü hadisə baş verən an maşında olmadığı üçün xəsarət almayıb. Yaralananlardan 2-si sonradan xəstəxanada keçinib.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış avtomobil yenicə binadan aralandıqdan sonra baş verib. Partlayışdan sonra naməlum silahlı şəxslər avtomobili tərk etməyə çalışan yaralılara atəş açıblar sonra isə avtomobilə minərək hadisə yerini tərk ediblər.
Qeyd edək ki, bu son bir neçə gün ərzində Puşilinə qarşı törədilmiş sayca ikinci sui-qəsdir. Xatırladaq ki, iyunun 7-də Puşilinin köməkçisi qətlə yetirilib.