“Ermənilər Qazaxıstanı qarışdırmaq istəyirlər” Dünya

“Ermənilər Qazaxıstanı qarışdırmaq istəyirlər”

"Qazaxıstanda ermənilər və qazaxlar arasında baş vermiş dava ətrafında yaranmış proses siyasi rəng alıb. Artıq iki ölkənin daxili işlər, xarici işlər nazirləri, Ermənistan baş naziri, Rusiyadakı erməni diasporu işə qarışıb. Yəni, məsələ tamamilə siyasiləşib. Çünki proses erməni separatizmi müstəvisində cərəyan edir".
Bunu politoloq Nəzakət Məmmədova deyib.
Politoloqun sözlərinə görə, ermənilər yenə də öz xislətlərinə sadiq qalaraq, törətdikləri cinayəti başqalarının üstünə yıxmağa çalışırlar:"Vaxtilə ermənilər Sumqayıtda, Gürcüstanda, Türkiyədə, Rusiyada və digər ölkələrdə törətdikləri cinayətləri bizim üstümüzə yıxmağa cəhd etdilər. Həmişə bu cinayətləri özlərinə qarşı "ayrı-seçkilik" kimi qələmə verirlər.
Görünür, ermənilər Qazaxıstanı qarışdırmaq istəyirlər. Çünki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son dövrlərdə Azərbaycana olan dəstəyini açıq şəkildə göstərir. Eyni zamanda, Nazarbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistan rəhbəri Nikol Paşinyana olan mənfi münasibətini də açıq şəkildə sərgilədi.
Ümumiyyətlə, Qazaxıstan həmişə bir çox məsələlərə münasibətdə Azərbaycanı dəstəkləyib. Mümkündür ki, ermənilərin Qazaxıstanda baş verən hadisələri "erməni-azərbaycanlı davası" kimi qələmə verməsi buradan irəli gəlir".
Nəzakət Məmmədova bildirib ki, ermənilər Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstanda separatizmə rəvac vermək və iğtişaş yaratmaq niyyətindədir:"Hər halda, bu qətl mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilib. 35 erməni 4 qazaxa hücum edib, onları döyüb və öldürüblər. Siyasi, yaxud qeyri-siyasi olmasından asılı olmayaraq, bu, ağır cinayət hadisəsidir. Başqa sözlə, növbəti dəfə xislətlərini ortaya qoyan ermənilər özlərinə zərbə vurdular. Digər yandan da, bununla Ermənistan-Qazaxıstan münasibətlərinin kəskinləşməsinə səbəb oldular".
Politoloq Əhəd Məmmədli isə deyib ki, Qazaxıstanın Karaqanda şəhərində kütləvi davada ermənilərin 23 yaşlı qazax gənci öldürməsinə qazaxların kütləvi etirazları davamlı olmayacaq.
O bildirib ki, Qazaxıstandakı erməni lobbisi bir neçə gün keçdikdən sonra üzr istəyib:
"Ermənilər postsovet məkanında özlərini atalarının evindəki kimi aparırlar. Bu məxluqların qudurğanlığı artıq sərhəd tanımır. Rus telekanallarında ermənilər yumor adı altında tacikləri təhqir edir, Soçidə bir azdan erməni rusdan çox yaşayacaq. Bu ""məzlum" obrazlı xalq yaşadığı yerdə bərkiyən kimi maskasını atır".
Politoloq vurğulayıb ki, qazaxlar millətçidilər:"Amma təəssüf ki, bu millətçilik türk milli kimliyinə söykənmir. Abstrakt qazax millətçiliyi ilə isə çox uzağa getmək olmaz. Vətənlərində qazaxların əvvəllərdə çeçenlər, türkiyəlilərlə milli zəmində münaqişələri olub. Ermənilərlə də məhz bu cür münaqişədədirlər. Qazaxlar qazax olmaları ilə fəxr edirlər, lakin qazax deyil, türk olmaları ilə fəxr etməlidirlər. Qazaxlar özlərinin türk olduğunu hiss etdikdən sonra o torpaqlarda bir nəfər də erməni qalmayacaq. Qazax türkləri unutmamalı və bunu bilməlidirlər ki, Mərkəzi Asiyada məşhur "basmaçi" hərəkatına qarşı vuruşan erməni-daşnak quldur dəstələri çox qazax, özbək, türkmən türklərinin qanını töküb. Qoca, qadın, uşaq demədən Orta Asiyada erməni quldur dəstələri çoxsaylı qətliamlar törədib. Ermənilər bunu o torpaqlarda yaşayanların türk-müsəlman olduqlarına görə edib və edir".
Politoloq qeyd edib ki, məsələ ilə bağlı Paşinyanın da açıqlama verməsi bu hadisələrin ciddiyyətindən irəli gəlir:"Paşinyana indi bu cür problemlər lazım deyil. Azərbaycan-erməni münaqişəsi də belə başlamışdı. Təəssüf ki, biz o vaxt bu məsələni yerindəcə həll etmədik. Ermənilər də vaxt udub istəklərinə artıqlamasıyla nail oldu. Qazax türkləri azərbaycanlı qardaşlarının səhvlərini təkrarlamamalıdır və erməni problemini kökündən həll etməlidir. Əks halda hələ ermənilər orada çox qələtlər edəcək".
Politoloq bildirib ki, bu hadisə ermənilərin qudurğanlığı, vəhşiliyi nəticəsində baş verib:
"Ermənilərin mahiyyəti budur - çörək verən əli kəsib atacaqlar".
Qazaxıstanın Karakanda vilayətində ermənilərlə qazaxlar arasındakı kütləvi davada qazax gəncin qətlə yetirilməsindən sonra bir neçə şəxsin ermənilərdən qisas üçün azərbaycanlıların işlətdiyi "Bakı" restoranına gəlməsini şərh edən Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun politoloqu, ekspert Urazqali Selteyev isə deyib ki, Semeydə "Bakı" kafesindəki hadisəni sərxoş insanların xuliqanlıq hərəkətləri kimi qəbul etmək lazımdır. Bildiyimiz kimi, polis hadisəyə müdaxilə edib. Bu, ayrı bir epizoddur və bunu başqa məsələlərə aid etmək lazım deyil.
Onun sözlərinə görə, erməni mediası "Bakı" kafesində yaşanan hadisədən sui-istifadə etməyə çalışdı:
"Qazaxların azərbaycanlılarla erməniləri eyniləşdirdiyi düşüncəsi yanlışdır. Bu, erməni mediasının sui-istifadəsidir. Qazaxıstanda böyük əksəriyyət Qarabağ problemindən xəbərdardır".
Politoloq həmçinin bildirib ki, Qazaxıstanda etniklərarası münasibətlərdə ciddi bir problem mövcud deyil.
Urazqali Selteyevin sözlərinə görə, Qazaxıstandakı daxili siyasi vəziyyətlə tanış olmayan, səthi qavrayan xarici auditoriya üçün bu münaqişənin və bu məsələylə bağlı baş tutan spontan mitinqin səbəblərində etnik xüsusiyyətlər yatır:
"Etirazlar hüquq-mühafizə orqanları və məhkəmə sisteminə olan ictimai inamsızlığın nizamsız şəkildə böyüməsi ilə daha çox bağlı idi. Amma əlbəttə, Qazaxıstanda da hər hansı digər post-sovet ölkəsində olduğu kimi, yerli milliyyətçiliyin ayrı-ayrı təzahürləri həmişə olub, mövcuddur və olacaq da. Eyni etnik qrupun bir neçə nümayəndəsi adi münaqişələr zamanı ortaya çıxdıqda oxşar hadisələr daha əvvəl də müşahidə edilib. Yəni bu kimi hallarda etnik mənsubiyyət müvəqqəti rol oynayır".
Qeyd edək ki, Yeni il gecəsi Qazaxıstan Respublikasının (QR) Karaqanda şəhərindəki ermənilərə məxsus olan "Qədim Roma" ("Drevniy Rim") restoranında ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra mübahisə restoranın həyətində davaya çevrilib və nəticədə 1 qazax gənc, 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Hamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib.