Almaniya Avropa İttifaqından çıxır? Dünya

Almaniya Avropa İttifaqından çıxır?

Almaniya Avropa İttifaqından ayırlmaq üçün manifest qəbul edib. Manifest radikal sağçı Almaniya Alternativ Partiyası (AFD) tərəfindən hazırlanıb. Manifestdə nəzərdə tutulub ki, bu ilin may ayında Avropa Parlamenti seçkilərindən sonra Avropa İttifaqında yeniliklər aparılmasa, Almaniya ittifaqdan ayrılacaq. Bu qərar Almaniyada birt partiyanın ilk dəfə "Dexit" (Deutschaland Exit) çağırışı etməsi anlamına gəlir.
Partiyanın vitse-prezidenti Aleksandr Qauland Almaniyanın ittifaqı tərk etməsinə gərək olmadığını, lakin Avropa İttifaqının özünə gəlməsi üçün bu addımın lazım olduğunu bildirib. Qeyd edək ki, AFD ötən il təşkil edilən seçkilərdə tarixi uğur əldə edərək II Dünya Müharibəsindən sonra parlamentə girən ilk radikal sağçı partiyası olub. Xatırladaq ki, Böyük Britaniya da Avropa İttifaqını tərk etmək astanasındadır.