2 Avqust 17:08
2 Avqust 15:49
12 İyun 2019 11:15
1 519
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetini Ankaranın Beştəpə vilayətində toplayacaq.
Toplantının əsas gündəmini ABŞ-la gərginliyə yol açan S-400 havadan müdafiə sistemlərinin alınması təşkil edəcək.
S-400-lə bağlı ABŞ-dan gələn məktubla yanaşı, F-35 gərginliyi, iqtisadi inkişaf, terrorla mübarizə əməliyyatları və İstanbul seçkilərinin detalları müzakirə ediləcək.
Kabinetdə ABŞ müdafiə nazirinin vəkili Patrik Şanahanın Milli müdafiə naziri Hulusi Akara göndərdiyi S-400 və F-35-lə bağlı məktubundan sonra Türkiyənin davranışı və atacağı addımlar müəyyənləşəcək.