“İran bir gündə bir çox insanı öldürdü” Dünya

“İran bir gündə bir çox insanı öldürdü”

İran bir gündə bir çox insanı öldürdü. Yaxın Şərqdəki digər ölkələr də təcavüzkardır. Əgər Səudiyyə Ərəbistanına baxmaq əvəzinə İrana baxın, adını çəkməyəcəyim digər ölkələrə baxın və nələr olduğunu görün.
Bunu ABŞ Prezidenti Donald Tramp qətlə yetirilən Camal Qaşıqçı barədə ona ünvanlanan suala cavab verərkən bildirib.
Tramp Qaşıqçı ilə bağı araşdırmanın hər kəs tərəfindən aparıldığını vurğulayıb. O söyləyib ki, ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 450 milyard dollardır, əgər Ər-Riyadla çalışmasalar, sözügedən ölkə Rusiya, yaxud da Çinlə iş quracaq.
Qeyd edək ki, bir müddət öncə BMT Qaşıqçı ilə bağlı hesabat yayıb. Hesabata əsasən, cinayətdə vəliəhd Məhəmməd bin Salmanın əli olub.