

Gələn il üçün sosial müdafiə və sosial təminat xərcləri açıqlanıb
Gələn il beynəlxalq münasibətlərə və xarici yardımlara ayrılacaq vəsait məlum olub
2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib
Vilayət Eyvazov narkotiklə mübarizənin gücləndirilməsini tapşırıb
DİN: Vətəndaş müraciətlərinə baxılmasına nəzarət gücləndirilir
Əgər Ukrayna Krım körpüsünü vursa, Ukraynanı məhv edəcəyik.
Bu məlumatı öz Tvitter səhifəsində Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski paylaşıb.
“Turçinov Krım körpüsünün partladılmalı olduğunu bəyan edib. Yəqin ki, bunu etməyə cəhd edən dəlilər tapılacaq. Belə olan halda Ukrayna özünü dövlət kimi mövcudluğunu dayandıracaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri Aleksandr Turçinov Ukraynanın “Neptun” raketlərinin bir neçə dəqiqəyə Krım körpüsünü məhv etmək gücündə olduğunu bildirmişdi.
Krım körpüsü Kerç boğazı üzərində yerləşir və Krasnodarla Krım yarımadasını birləşdirir.