Türkiyədə terror aktının qarşısı alınıb Dünya

Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əməliyyat zamanı iki PKK terrorçusu saxlanılıb.
Saxlanan şəxslər bəzi rayonlarda terror aktları həyata keçirməyi planlaşdırırdı.
Aparılan sorğu-sual zamanı məlum olub ki, onlar İraqın şimalında PKK düşərgələrində təlim keçib.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.