Sorğu: ABŞ və Ermənistan Türkiyənin ən böyük düşmənləridir Dünya

Sorğu: ABŞ və Ermənistan Türkiyənin ən böyük düşmənləridir

Türkiyə əhalisinin 94,5 faizi ABŞ-ı ölkənin ən böyük düşməni hesab edir.
Bu “Araştırma Değerlendirme Analiz” mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Rəyi soruşulanların 2,9 faizi ABŞ-ı dost olaraq görür.
Bundan başqa, respondentlərin 95,4 faizi Ermənistanı Türkiyənin ikinci ən böyük düşməni hesab edir. 0,2 faiz respondent Ermənistanı dost olaraq qəbul edir.
Eyni zamanda, sorğuda iştirak edənlərin 83 faizi Azərbaycanı Türkiyənin ən yaxın dostu və etibarlı tərəfdaşı hesab edir. Digər 17 faiz isə cavab verməyib.
Respondentlərin 71 faizi Rusiyanı düşmən, 16,3 faizi isə dost olaraq görüb.