Qarabağ separatçısı ABŞ-dan Moskvaya gəldi Dünya

Qarabağ separatçısı ABŞ-dan Moskvaya gəldi

Qondarma Qarabağ rejiminin “xarici işlər naziri” Moskvaya gəlib.
Moskvaya səfəri zamanı onun qondarma rejimin “turizm naziri” Lernik Ovanisyan və Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan müşayiət edib.
Mailyan Moskvada qondarma rejimin rəssamlarının sərgisində və Xankəndinin “VELANS” vokal qrupunun konsertində iştirak edib.
Qondarma diplomat həmçinin Rusiya ekspertləriylə də görüş keçirib. Görüş qondarma rejimin Moskvadakı “nümayəndəliyində” baş tutub.
Mailyanın heç bir rusiyalı rəsmi ilə görüşə bilməməsi də diqqətdən yayınmayıb.
Qeyd edək ki, Mailyan Moskvaya ABŞ-dan gəlib. O, ABŞ-da da heç bir rəsmi ilə görüşə nail olmamışdı.