Rəsulaynda Milad bayramı qeyd olunub Dünya

Rəsulaynda Milad bayramı qeyd olunub

“Sülh Çeşməsi” əməliyyatı nəticəsində terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub. Türkiyənin Azərbaycandakı səfirliyindən “Xalq Cəbhəsi”nə verilən məlumata görə, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub. “Sülh ÇeşməsiQ əməliyyatı ilə terrordan təmizlənən Rəsulayn şəhərində yaşayan xristianların yeni il münasibətilə kilsədə Milad bayramını qeyd etdiyi bildirilib.
Açıqlamada, dini ayinlərini sülh və əmin-amanlıq şəraitində keçirdiklərini dilə gətirən insanların vurğulayırlar ki, biz - müsəlman, xristian, şiə, kürd, druz, ərəb - hamımız qardaşıq: "Burada ibadətlərimizi edirik. Əmin-amanlıq və ədalət gətirdiyi üçün, bizi PKK/YPG-dən xilas etdiyi üçün Türkiyə dövlətinə və türk əsgərinə təşəkkür edirik."
Qeyd edək ki, Türkiyə “Sülh Çeşməsi” əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə davam edir.