SEPAH ABŞ-nin Bəhreyndəki 5-ci donanmasının bazasını vurduğunu bildirib Dünya

SEPAH ABŞ-nin Bəhreyndəki 5-ci donanmasının bazasını vurduğunu bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ABŞ-nin Bəhreyndəki bazasında yerləşən 5-ci donanmasına məxsus yanacaq çənlərinin məhv edildiyini iddia edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH bazanın idarəetmə və komandanlıq mərkəzinə, ehtiyat hissələri və hərbi texnika saxlanılan irihəcmli anbarlarına, həmçinin yanacaq çənlərinə zərbələr endirib.

Məryəm Quliyeva