İrandan şok bəyanat: ABŞ-ın 5000 əsgərini məhv edəcəkdik... Dünya

İrandan şok bəyanat: ABŞ-ın 5000 əsgərini məhv edəcəkdik...

“ABŞ hücuma cavab versəydi, 4-5 min insanı öldürəcəkdik”. “Tasnim” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kosmos və Aviasiya bölməsinin komandanı Əmir Əli Hacızadə deyib.
Genreal-polkovnik bildirib ki, İraqdakı ABŞ bazalarına raket hücumu region miqyasında davam edəcək böyük əməliyyatın başlanğıcı idi: “Bizim məqsədimiz kimisə öldümək deyildi. Məqsədimiz o olsaydı, əsgərlərin mövqelərini hədəf alardıq. Əslində isə düşmənin hərbi mövqeyinə zərbə vurmaq niyyətində idik. Əməliyyatı ilk mərhələdə 5 yüz nəfərin ölcəyi səviyyəyə qaldıra bildik. Cavab versəydilər, ikinci və üçüncü mərhələdə 4-5 min insan öləcəkdi”.
İranlı general ABŞ-ın Qasım Süleymani sui-qəsdindən sonra fövqəladə vəziyyətdə və SEPAH-ın əməliyyatından əvvəl 12 PUA və bir neçə təyyarənin Eyn əl-Əsəd bazası üzərində uçuşlar aparmasına rəğmən, İranın əməliyyatına cavab verə bilmədiklərini və uğursuz olduqlarını dilə gətirib: “Biz şəhidlərimizin qanına dəyər biçməyəcəyik. ABŞ bazalarını, təyyarələrini vurmaq, hətta birbaşa Donald Trampı öldürmək Süleymaniyə bərabər kompensasiya olmayacaq”.
Qeyd edək ki, Qasım Süleymani 3 yanvar tarixində Bağdadda ABŞ qüvvələri tərəfindən öldürülüb. İran buna cavab olaraq 8 yanvarda ABŞ-ın İraqdakı Eyn əl-Əsəd və Ərbilç bazalarına 12 raket atıb, nəticədə 80 nəfərin öldüyünü iddia edib.