Göyçayda üç gündür evə qayıtmayan kişinin geyimləri Yuxarı Şirvan kanalının kənarında tapılıb Hadisə

Göyçayda üç gündür evə qayıtmayan kişinin geyimləri Yuxarı Şirvan kanalının kənarında tapılıb

Göyçay rayon sakini, 31 yaşlı Ramil Abdullayev martın 3-də evdən çıxaraq geri qayıtmayıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, axtarışlar zamanı itkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib.

Bu səbəbdən onun kanala düşməsi və ya yıxılması ehtimalı nəzərə alınaraq əraziyə polis və FHN əməkdaşları cəlb olunub.