"İrana güvənmək olmaz"
10:02
09:44
616
Çexiya səfirliyi bugünkü Naxçıvana qarşı hücumları qətiyyətlə pisləyir.
APA xəbər verir ki, bu barədə Çexiya səfirliyinin paylaşımında bildirilib.
“Bu qəbuledilməz addım Azərbaycanın təhlükəsizliyinin pozulmasıdır və regional sabitliyi sarsıdır”, - paylaşımda vurğulanıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.