İran XİN: Vaşinqton Tehranla münasibətlərdə “müstəmləkəçi kimi davranır” Dünya

İran XİN: Vaşinqton Tehranla münasibətlərdə “müstəmləkəçi kimi davranır”

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın Tehranla bağlı siyasətini kəskin tənqid edib. Nazir müavini Səid Xətibzadə Vaşinqtonu İranın siyasi quruluşunu dəyişdirməyə cəhd göstərməkdə və “müstəmləkəçi yanaşma” sərgiləməkdə ittiham edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə ANI agentliyinə müsahibəsində danışıb.

Xətibzadənin sözlərinə görə, ABŞ-ın İrana qarşı atdığı addımlar aqressiv xarakter daşıyır və ölkənin daxili siyasi sisteminə təsir göstərmək məqsədi güdür.

"Biz qəhrəmancasına milli müdafiə edirik. Biz onların (amerikalıların) davranışlarını dəyişdirə və ya təcavüzlərinin qarşısını ala bilmərik. Onlar öz müstəmləkə missiyalarını yerinə yetirmək, başqa bir dövlətin siyasi quruluşunu dəyişdirmək və demokratik yolla seçilmiş hökuməti devirmək üçün sərhədlərindən minlərlə kilometr aralıya gələ bilməzlər", – deyə İran XİN rəsmisi bildirib.

Nazir müavini əlavə edib ki, Tehran ABŞ-ın təzyiqlərinə baxmayaraq öz suverenliyini və siyasi sistemini qorumaqda qətiyyətlidir.

ABŞ tərəfi isə İranın bu ittihamlarına hələlik rəsmi reaksiya verməyib.

Məryəm Quliyeva