Rusiyanın qonşusu F-35-lər alır Dünya

Rusiyanın qonşusu F-35-lər alır

Polşa bu gün ABŞ-la F-35 təyyarələrinin alınmasına dair razılaşma imzalayacaq.
Müqaviləyə əsasən, Varşava ABŞ-dan 32 ədəd F-35A təyyarəsi alacaq. Təyyarələr Varşavaya 4,6 milyard dollara başa gələcək. Bu məbləğ logistika və təlimlərə də aid olacaq.
Müqavilənin imzalanma mərasimində Polşa Prezidenti Anjey Dudanın da iştirak edəcəyi qeyd edilib.
Qeyd edək ki, F-35-lər Polşa ordusunda MiQ-29-ları əvəzləyəcək.