Putin nüfuzunu itirir Dünya

Putin nüfuzunu itirir

Rusiya Prezidenti Vladimir Putinin fəaliyyət reytinqi xeyli aşağı düşüb. "Levada-sentr"in apardığı sorğunun nəticələri bunu deməyə əsas verir. 22-25 avqustda aparılan araşdırma göstərib ki, rusiyalıların 84 faizi dövlət başçısının işini təqdir edir. Bu nəticə bu ayın əvvəli ilə müqayisədə 3 faiz aşağı göstəricidir. Həmçinin Putinin fəaliyyətindən narazı olanların göstəricisi də iki faiz artaraq 15 faiz olub. Bundan başqa isə rusiyalıların "ölkədə işlərin düzgün istiqamətdə getdiyinə" dair inam da xeyli azalıb. Son sorğuda ölkənin 46 regionundan yaşı 18-dən yuxarı olan 1600 nəfər iştirak edib. Statistik xəta isə 3,4 faizdən çox olmur. Ancaq qeyd edək ki, Putinin reytinqi 2014-cü ilin yanvarından bu yana ümumilikdə artıb. İlin əvvəlində vətəndaşların cəmi 65 faizi dövlət başçısının kursunu dəstəkləyirdi.