TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib
31 Mart 2020 15:07
1 449
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda daha iki nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma təsdiqlənib.
APA-nın yerli bürosu xəbər verir ki, rayon xəstəxanasına yerləşdirilən hər iki şəxsin analizləri ötən gün Luqar laboratoriyasına göndərilib və bu gün müsbət cavab alınıb. Xəstələrin Tbilisiyə köçürülməsi planlaşdırılır. Hər iki xəstədə yüksək bədən hərarəti və ikitərəfli pnevmoniya olduğu bildirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.
Qeyd edək ki, hazırda Gürcüstanda 110 nəfərdə yeni növ koronavirusa yoluxma təsdiqlənib, onlardan 21-nin sağaldığı bildirilir.