

Baş nazirin müavini: Azərbaycan həm Rusiya, həm də İranla mehriban qonşuluq siyasəti həyata keçirir
"Azərbaycan barış nümunəsi kimi Qəzza sammitinə dəvət olunub"
Rəşt-Astara dəmiryolu layihəsinin tikintisinə 2026-cı ildən başlanacaq
Mirzoyan: "Tramp marşrutu" üzrə erməni-amerikan birgə müəssisəsi yaradılacaq
Təbrizin Razi xəstəxanasından 7 koronavirus xəstəsi qaçıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Təbriz şəhər polisinin rəisi general Fərhəng Novruzi deyib.
Onun sözlərinə görə, 7 xəstə xəstəxananın mühafizə xidmətinin gözündən yayınaraq qaçıb və evlərinə gedib.
"Məlumat daxil olan kimi Təbrizin 20-ci polis bölməsinin əməkdaşları hadisə yerində olub. Təcili tibbi yardım əməkdaşlarının və polisin birgə əməliyyatı ilə həmin şəxslər saxlanılaraq xəstəxanaya təhvil veriliblər”, - deyə Novruzi qeyd edib.