

10 May 17:13
Mayın 11-dən etibarən Gürcüstanda küçədən ayrıca girişi olan bütün topdan və pərakəndə satış mağazalarının fəaliyyətinə icazə veriləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında deyib.
O bildirib ki, geyim və ayaqqabı mağazaları bu qərardan istisna edilib.
G. Qaxaria qeyd edib ki, həmin tarixdən etibarən ölkə ərazisindəki bütün istehsal müəssisələrinin fəaliyyətinə də icazə veriləcək.