Rusiyada koronavirusa yoluxanların sayı 640 min nəfəri keçib Dünya

Rusiyada koronavirusa yoluxanların sayı 640 min nəfəri keçib

Rusiyada koronavirusa yoluxanların sayı 640 min nəfəri keçib.
Ölkədə son sutka ərzində 6 719 nəfər virusa yoluxub, 93 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 641 156 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 166 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 403 430 nəfər virusdan sağalıb, 228 560 nəfərin müalicəsi isə davam edir.