14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
21 İyul 2020 09:50
2 093
Asiyanın ən böyük terror təşkilatlarından biri, “Əl-Qaidə”nin İndoneziyada əsas qanadı hesab olunan “Camaa İslamiyə” qrupunun lideri 7 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC “The Straits Times” qəzetinə istinadla xəbər verir ki, 56 yaşlı Para Vicayanto həmin terrorçu təşkilata 2009-cu ildən rəhbərlik edib. Onun 2012-2018-ci illərdə Suriya hökumətinə qarşı fəaliyyət üçün gələcək silahlıların hazırlanmasında və maliyələşdirilməsində əsas rol oynadığı bildirilir.
P.Vicayantonun 2019-cu ilin iyulunda, onun axtarışlarının başlamasından 16 il sonra həbs olunduğu qeyd edilir.
Bildirilir ki, müttəhimin şəxsən məhkəmə zalında iştirak etmədiyi dinləmələr videokonfrans formatında keçirilib.
Qəzetin bildirdiyinə görə, “Camaa İslamiyə” İndoneziya tarixində ən böyük terror aktlarının törədilməsində təqsirli bilinir. Belə ki, 2002-ci ildə bu qrupun üzvləri turistlər arasında populyarlığı ilə seçilən Kuta rayonunda, ABŞ səfirliyinin Bali adasında yerləşən binasında silsilə partlayışlar törədiblər. Nəticədə 202 nəfər həlak olub ki, bunlardan da 164-ü əcnəbi olub. Həmin vaxt daha 200 nəfərin yaralandığı da bildirilir.
14 İyul 21:55
1 253
14 İyul 20:45
1 267
14 İyul 20:39
1 260