Rus rublunun acınacaqlı faciəsi Dünya

Rus rublunun acınacaqlı faciəsi

Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistanı da iflic edib

Cavid

Rusiyada rublun dəyərinin aşağı düşməsi postsovet ölkələrinin əksəriyyətində domino effekti yaradacaq. Bu barədə Reuters xəbər agentliyinin əməkdaşı Mark Consun araşdırmasında bildirilir. Ukrayna hadisələrindən sonra rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyaların Rusiyanı çətin vəziyyətə saldığını deyən müəllifin sözlərinə görə, Rusiyada yaranmış belə bir vəziyyət Müstəqil Dövlətlər Birliyinin üzvləri Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Belarus və Ermənistana təsirsiz ötüşməyəcək.
Müəllif qeyd edir ki, 2008-ci ildə Rusiya iqtisadi tənəzzülə uğrayarkən bu ölkələrin də tikinti və bank sektorunda da problemlər yaranmışdı. Çünki adıçəkilən ölkələrin iqtisadi cəhətdən Rusiyadan asıllığı daha çoxdur.
"Rublun dəyərinin aşağı düşməsi MDB ölkələrinə, daha çox bu ilin əvvəlində Rusiya ilə azad ticarət zonasına daxil olan Qazaxıstan ilə Belarusa təsir edir. Ermənistan da çətin vəziyyətdədir. Çünki bu ölkənin ixracının böyük hissəsini Rusiya təşkil edir. Belə ki, bu gəlir Ermənistanın Ümum Daxili Məhsulunun rekord 10%-nin, ödəniş balansının kəsiri üçün böyük əhəmiyyət kəsb edir. Rublun dəyərinin düşməsinin digər böyük təsiri isə pul köçürmələrinədir. Ölkə xaricində işləyən miqrant ermənilərin göndərdikləri pullar dəyərini itirir. Bu pulların da 80%-i Rusiyadan göndərilir", deyə müəllif qeyd edir.
Neftin ucuzlaşması və Qərbin Rusiyaya sanksiyaları Avrasiya İttifaqına təzə girmiş Ermənistanın hakim klanı üçün yeni təhlükə yaradıb. Belə iddia ilə çıxış edən müstəqil erməni mətbuatı bunu Ermənistanın qaça bilməyəcəyi büdcə sevesteri ilə izah edirlər. Yəni büdcədə gəlir az olacaq və mütləq xərclər də azaldılmalıdır.
"Rusiyadakı təlatüm hakim sistemi "toxunulmaz" daxili resurslara yönəlməyə məcbur edə bilər. Söhbət Ermənistan iqtisadiyyatı üçün əngələ çevrilən iri kapitaldan gedir", – deyə erməni şərhçi Akop Badalyan bildirib. Şərhçinin fikrincə, bu kapitalın inhisarçılığına son qoyulmazsa, Rusiyadakı böhranın təsirləri Ermənistan üçün fəlakətli olacaq.
Qeyd edək ki, bu yaxınlarda Еurasianet.org internet resursu Rusiyaya qoyulmuş sanksiyaların Ermənistana hansı zərərləri verəcəyi barədə məqalə çap edib. Məqalənin müəllifi Georgi Lomsadzedir.
Müəllif yazıb ki, Rusiyaya qarşı sanksiyaların artdığı bir zamanda Ermənistan Rusiya iqtisadiyyatından sözün əsl mənasında, qidalanan bir ölkə kimi çox mürəkkəb bir vəziyyətə düşə bilər. Rusiyaya qoyulmuş sanksiyalar Ermənistan üçün nə dərəcədə məhvedici ola bilər?
Ölkə iqtisadiyyatı ilə məşğul olan botanik və məmurlar, dəqiq təsirdən və son ziyandan əmin deyillər. Amma onların hamısı bir fikirlə razılaşırlar ki, effekt məhvedici olacaq. Rusiya Ermənistanı enerji ilə təmin edən yeganə investordur. Bununla əlaqədar sanksiyaların dolayı nəticələri erməni iqtisadiyyatının bütün sferalarında əksini tapacaq və bütün istiqamətlərdə potensial şəkildə hiss ediləcək. "Bu mərhələdə ekspert çıxarışları etmək çətindir. Hətta Rusiya ekspertləri dəqiq hesablamalara malik deyillər", - iqtisadiyyat naziri Karen Çşmarityan, Reqnum xəbər agentliyinə deyib.
ABŞ-ın son sanksiyalar raundu əsasən "VTB"-yə qarşıdır, bu bank Ermənistanın iri kreditorudur. "ABŞ hakimiyyəti tərəfindən görülmüş tədbirlər VTB-nin kapital bazarına girişini məhdudlaşdırmasına baxmayaraq bu bankın kredit vermə qabiliyyətini və istismar xarakteristikasına təsir edəcək", - "VTB" iddia edir. Amma Bloomberg informasiya agentliyi xəbər verib ki, VTB bank qrupu, beynəlxalq kreditorlar banka 1,5 milyard dollar həcmində krediti dayandırıblar.
"Qazprombank" sanksiyaların digər hədəfidir, bu bank da Ermənistanda fəaliyyət göstərir. O, Rusiya dövlət energetik nəhəng "Qazprom"a məxsusdur, o, Ermənistana təbii qazı çatdıran yeganə qurumdur.
Ermənistan eləcə də Rusiya neft şirkətinə investisiya ümidləri bəslədiyi Rosneft də sanksiyaların hədəf dairəsindədir. Rosneft şirkəti erməni "Nairit"ini almağı planlayırdı, bu şirkət rezin istehsalçısıdır. Ermənistanın baş naziri Ovik Abramyan bu planların baş tutmayacağını istisna etmir, çünki beynəlxalq sanksiyalar Rosneftin investisiya layihələrini həyata keçirmək həvəsini öldürə bilər.
Ermənistan iqtisadiyyatı eksperti və Müxalifət erməni milli konqresinin üzvü Vaaqn Xaçatryan, "1in.am" xəbərlər xidmətinə şərhlərində, Rusiya investisiya səviyyəsinin kəskin azalmasını gözlədiyini, kreditin isə çox baha olacağını deyib.
Ermənistan düşdüyü çıxılmaz vəziyyətdən qurtulmaq yollarını axtarır. Məsələn, Ermənistan əmək və sosial məsələlər üzrə naziri Artyom Asatryanın deputatlar qarşısında ölkədə işsizlərə ayrılan müavinətin ləğv edilməsini təqdirəlayiq hesab edib. Belə ki, o artıq hər işsiz üçün ayrılan 18 min dram ($43) vəsaitin onların işlə təmin olunmasına xərclənəcəyini bildirib.
Lakin nazir ölkədə əsasən gənclərdən ibarət işsiz ordusunun neçə faizinin bununla işlə təmin ediləcəyini bildirməyib. Belə görününr ki, Ermənistan höküməti dolandıra bilmədiyi xalqına qarşı xidmət edən nazir yox əsl diplomat yetişdirir. Çünki bir çox suallardan boyun qaçıran əmək naziri ümumiyyətlə bundan sonra statistika ilə yox vəziyyətin düzəlməyi ilə məşğul olacaqları barədə açıqlama verərək diplomatik gediş edib.
"Artıq real və rəsmi işsiz sayı barədə göstərici yoxdur, belə ki, nazirlik bundan sonra yalnız qeydiyyata alınan işsizlərlə məşğul olmayacaq. Çünki rəsmi rəqəmlər təbii olaraq real rəqəmləri əks etdirmir"- deyə Asatryan bildirib.
Buna baxmayaraq təkidlə rəqəm tələb edən müxalif partiya nümayəndələrinə Asatryan bir neçə uyğun gəlməyən rəqəmlər də səsləndirməyə məcbur olub. Əvvəlcə ölkədə işsizliyin 18,6 faiz kasıblığın isə 32 faiz olduğunu qeyd edən Asatryan heç öz dediyi faizlə uyğun gəlməyən 70 min işsizin olduğunu bildirir. Daha sonra isə bundan 8155 işsizin işlə təmin olunmasından dəm vurub. Ən sonda isə dəqiq rəqəmlərə görə deputatları milli statistika xidmətinə müraciət etməyi tövsiyyə edib.
Qeyd edək ki, işsizlərə ayrılan müavinətin ləğvi keçən ilin noyabr ayında qəbul edilmişdi. Bəzi deputatlar qadağaya qarşı çıxmışdı. Ən maraqlısı isə kasıb camaata müavinət verməkdən boyun qaçırmaq qanunu, dövlət vəzifələrində işləyənlərin maaşının artması qanunu ilə bir dönəmə düşmüşdü. Dövlət vəzifələri dedikdə qəbul edilən qanunda bir başa prezidentin maaşının 203 faiz, baş nazir və spikerin maaşının 218 faiz deputatların maaşının isə 100 faiz artımı nəzərdə tutulurdu.