Belçikanın ən böyük hava limanı uçuşları dayandırıb Dünya

Belçikanın ən böyük hava limanı uçuşları dayandırıb

Belçikanın paytaxtı Brüsseldə ölkənin ən böyük hava limanı işçi tətilləri səbəbindən bütün uçuşları dayandırıb.

APA “France24“ kanalına istinadən xəbər verir ki, işçilərin tətil elan etməsi, hava limanının fəaliyyətini davam etdirməsinə imkan vermir.

Paytaxt Brüsseldə sabah genişmiqyaslı etiraz aksiyaları planlaşdırılır və aksiyalara onminlərlə insanın qoşulacağı gözlənilir.

Etirazçılar iqtisadi vəziyyətdən narazılıq ifadə edirlər.