ÜST: Ötən həftə koronavirusa rekord sayda yoluxma qeydə alınıb Dünya

ÜST: Ötən həftə koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Ötən həftə ərzində dünyada yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.

Trend-in Ümumidünya Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, dekabrın 7-dən 13-dək yeni koronavirus 4 329 927 nəfər yoluxub, 70 436 nəfər isə vəfat edib.

Məlumata əsasən, 1,6 milyon yoluxma və 34 min ölüm halı Avropa regionunda, 2 milyon yoluxma və 29 min ölüm halı Şimali və Cənubi Amerikada, 290 min yoluxma və 4,4 min ölüm halı isə Cənub-Şərqi Asiyada qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.