Koronavirusun qripdən dəfələrlə ölümcül olduğu müəyyən edilib Dünya

Koronavirusun qripdən dəfələrlə ölümcül olduğu müəyyən edilib

SARS-CoV-2 koronavirusu mövsümi qripdən dəfələrlə ölümcül olduğu müəyyən edilib.

APA WebMD tibbi portalına istinadən xəbər verir ki, müxtəlif ölkələrdə aparılan müstəqil tədqiqatların nəticəsində bu qənaətə gəlinib.

Mütəxəssislər ABŞ Veteran İşləri Nazirliyinin bu il 1 Fevral - 17 İyun tarixləri arasında COVID-19 xəstəxanasına yerləşdirilən 3,6 mindən çox xəstə və 1 yanvar 2017 - 31 dekabr 2019-cu il tarixlərində 12,6 mindən çox qripdən müalicə alan amerikalı haqqında məlumatlarını təhlil etdilər.

Hər iki qrupdakı insanların orta yaşı həddi 69 olub.

Koronavirus xəstələri arasında ölüm nisbəti 18,5 %, qrip xəstələri arasında isə 5,3 % müəyyənləşib. COVID-19 xəstələrində ölüm ehtimalı qrip xəstələrindən, təxminən beş dəfə çox olub.

Koronavirus infeksiyası olan xəstələr arasında ən yüksək ölüm riski 75 yaşdan yuxarı, həmçinin böyrək xəstəliyi, diabet və ya piylənmə xəstələrində müşahidə edilib. Bundan əlavə, qaradərililərin ölmə ehtimalı daha yüksək olub.