Ermənistanda son sutkada COVID-19-a 448 yoluxma qeydə alınıb, 12 nəfər ölüb Dünya

Ermənistanda son sutkada COVID-19-a 448 yoluxma qeydə alınıb, 12 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 448 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 163 576 yoluxma qeydə alınıb.

Ermənistanda indiyədək COVID-19-dan 2963 nəfər ölüb.