16 Fevral 2021 15:52
2 394
Türkiyənin şimal-qərbində yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib.
Trend-in məlumatına görə, dünən axşam saatlarından etibarən başlayan qar Balıkesir vilayətində bir sıra yolların bağlanmasına səbəb olub.
Balıkesir-Bursa magistralında 25 kilometr uzunluğunda tıxac qeydə alınıb.
Bursadan Yalovaya gedən yol da avtomobillərin hərəkəti üçün bağlanıb.