ABŞ dövlət katibi İsrailə səfər edəcək Dünya

ABŞ dövlət katibi İsrailə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə İsrailə səfər edəcək.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Departamentin sözçüsü Ned Prays bildirib.

“ABŞ dövlət katibi qarşıdakı günlərdə Yaxın Şərqə səfər edəcək. Entoni Blinken bərpa səylərini müzakirə etmək, israillilər və fələstinlilərə daha yaxşı gələcək qurmaq naminə birgə çalışmaq üçün regional həmkarları ilə görüşəcək”, - deyə Ned Prays qeyd edib.

“The Walla” xəbər saytı isə yazıb ki, dövlət katibi İsrailə, İordan çayının Qərb sahilinə, Misirə və İordaniyaya səfər edəcək.