7 İyul 2021 17:22
3 010
ABŞ-ın bir qrp virusologiya mütəxəssisi yaxın aylar ərzində koronavirusun 22 yeni ştammının yaranacağını proqnozlaşdırıb.
Trend-in məlumatına görə, ABŞ-ın "Vir Biotechnology" şirkətinin və Genomika İnstitutunun alimləri SARS-CoV-2 koronavirusunun spayk zülalında dəyişiklikləri əvvəldən proqnozlaşdıran riyazi model hazırlayıb.
Aparılan hesablamalara əsasən, növbəti 4 ay ərzində koronavirusun 22 yeni ştammı yarana bilər, onlardan bəziləri anticisimlərin qorunma bacarığını azaldacaq.
Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) SARS-CoV-2 koronavirusunun 4 ştammını (alfa, beta, qamma və delta variantları) "xüsusi narahatlıq doğuran" variantlar sırasına daxil edib.
2 May 11:41
1 610
1 May 22:11
1 715
1 May 21:23
1 841