27 Sentyabr 2021 22:52
4 123
Böyük Britaniyada son sutka ərzində 37 960 nəfər koronavirusa yoluxub.
Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 701 715 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 40 nəfər koronavirusdan həyatını itirib. Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 136 208 nəfərə çatıb.