Zukerberq "Facebook" istifadəçilərindən üzr istədi Dünya

Zukerberq "Facebook" istifadəçilərindən üzr istədi

"Facebook" şirkətinin sahibi Mark Zukerberq ötən gün kütləvi sosial şəbəkələrdə müşahidə edilən kütləvi problemlərlə əlaqədar istifadəçilərdən şəxsən üzr istəyib.

Bu barədə M.Zukerberq özünün "Facebook" səhifəsində yazıb.

Şirkətin sahibi bildirib: "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" yenidən onlayn fəaliyyətə qayıdır. Bugünkü problemlərə görə üzr istəyirik - maraqlandığınız insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm".

Xatırladaq ki, daha əvvəl dünyadakı, o cümlədən Azərbaycandakı bir sıra istifadəçi "Facebook", "İnstagram" sosial şəbəkələri və "WhatsApp" mesencerinin fəaliyyətinin bərpa olunduğunu bildirib.