29 Oktyabr 2021 11:37
2 723
2021-ci ilin yekunlarına əsasən Azərbaycanda inflyasiya orta hesabla 6,2-6,5 faiz səviyyəsində gözlənilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, gələn il orta inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.
Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb.
7 Noyabr 14:12
1 239
7 Noyabr 14:03
1 176
7 Noyabr 12:12
1 162