Rusiya İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır Dünya

Rusiya İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır

Moskva İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Valday klubunun Yaxın Şərq konfransında deyib.
"Biz dəfələrlə Ər-Riyad və Tehrandakı tərəfdaşlarımıza vasitəçiliyimizi, Moskvanı isə görüş yeri kimi rəsmi və qeyri-rəsmi şəkildə təklif etmişik. Bu baxımdan bizim təklifimiz masada qalır", - deyə o vurğulayıb.