“Döyüşdə milyonlarla insan yanınızda olacaq” Hadisə

“Döyüşdə milyonlarla insan yanınızda olacaq”

Bu günlərdə bir qrup deputat, QHT rəhbərləri və KİV nümayəndələrinin cəbhə bölgəsinə səfərdə olub.
Səfərdə iştirak edən millət vəkilləri Rövşən Rzayev və Fuad Muradov hərbi hissələrin şəxsi heyəti ilə görüş zamanı Azərbaycan ordusunun üzvlərinə təşəkkürlərini bildiriblər.
Rövşən Rzayev sərhəd zonasında xidmət edən əsgər və zabitləri "Əsl vətən oğlu" adlandırıb: "Hamınıza minnətdarıq. Azərbaycanın Ali Baş Komandanı ordu quruculiğu sahəsində ölçüyəgəlməz işlər görür. Bu məsələdə müdafiə nazirinizin də böyük əməyi var. Müdafiə Sənayesi Nazirliyi sayəsində hazırda ordu təchizatı və təminatının böyük faizi Azərbaycan istehsalıdır. Əsgər və zabitlərimiz də bilirlər ki, müdafiə naziri ordudakı şəraiti daha da yaxşlaşdırmaq, silahlı qüvvələrin inkişafı üçün çox işlər görür. Sadəcə, işğal altında olan torpaqları azad etmək üçün əmr gözləyirik və hamımız buna tam hazırıq. Milyonlarla sizin kimi oğlanlar var ki, döyüş əmrini gözləyirlər".
Rövşən Rzayev mürəkkəb relyefə malik ərazidə, çətin şəraitdə apardıqları hərbi xidmətə görə bu əsgərlərin böyük hörmət və ehtirama layiq olduğunu da bildirib: "Ərazi bütövlüyümüzü təmin edərkən məhz sizin kimi ağır nöqtədə qulluq edən əsgərlərlə ilk olaraq qələbə gününü qeyd edəcəyik. İnanıram ki, salamat qalmaq şərtilə hamınızın qəhrəman adına layiq olacaqsınız. Hər birinizin qaşrçıısnda baş əyirəm və minnətdaram ki, siz bu gün vətənin ən ağır hissəsində dayanmısınız. İnanınram ki, əsgərlik müddətinizi çəkəndən sonra sağ-salamat öz evinizə qayıda biləcəksiniz. Vətənə uğurlu övlad olmağı arulayıram".
Millət vəkili gənc hərbçilərə hər birimizin vətənə borclu olduğunu xatırlatdı: "Unutmayın ki, biz vətənə borcluyuq. Vətən heç kimə borclu deyil. Biz və vətən sizinlə fəxr edirik. Ali Baş Komandanın əmrinə hər an hazır olmaq lazımdır. Çox sağ olun ki, siz varsınız. Sizin sayənizdə Azərbaycan dünyanın hər yerində öz sözünü deyə bilir. Bu yüksəklikdə Azərbaycan əsgərinin qüdrətinin şahidi olduq. Bilin ki, siz tək deyilsiniz. Biz böyük dövlətik, böyük xalqıq, qələbə həmişə bizimlədir. Ermənistan Azərbaycana rəqib deyil, ola da bilməz. Vaxtı çatanda, Siz öz sözünüzü deyəndə, biz də arxanızda olacağıq".
Millət vəkili Fuad Muradov Azərbaycan xalqının cəbhə bölgəsində qulluq edən hərbçilərdən arxayın olduğunu deyib: "Bura gələn gənclər, jurnalistlər və siyasətçilər ona görə rahat işləyirlər ki, onları sizin kimi əsgər və zabitlər qoruyur. Biz sərhədlərimizin etibarlı əllərdə olduğundan əminik. İnanırıq ki, yaxın zamanlarda torpaqlarımızı azad edəcəyik, onda hamımız yenə birlikdə olacağıq. Həmin günü daha da yaxınlaşdırmaq üçün Ali Baş Komandan tərəfindən böyük işlər görülür".
Son illər ölkədə ordu quruculuğunun sürətlə inkişaf etdiyini deyən Fuad Muradov cəbhə bölgəsində qulluq edən əsgərlərin digərlərindən fərqləndiyini də bildirdi: "Siz çox ağır nöqtədəsiniz, düşmənlə üzbəüz dayanırsınız. Buna baxmayaraq, sizlərdə mənəvi ruh yüksəkliyi hiss etdik. Sizinlə fəxr edirik, daima sizi düşünürük. Prezident də hər zaman çıxışlarında sizlərə xüsusi minnətdarlığını bildirir. Biz də yalnız sizə arxayın olub öz siyasətimizi qura bilirik. Cəmiyyətə bu mesajı çatdırmaq istəyirik ki, sərhəddə bizi qoruyan güclü əsgərlərimiz var".
Milli Məclis üzvü deyib ki, belə bir nöqtədə, belə yerdə tanış olmaq çox adama qismət olmur: "Bəlkə neçə illərdən sonra sizlər böyük zabit olarkən, vəzifə tutarkən haradasa görüşəndə, bu isti yay günlərində sizinlə görüşü yada salacaqsınız". Millət vəkili təəssüflə qeyd edib ki, bəzi adamlar əsgərlərin daşıdığı missiyanın əhəmiyyətini görmək istəmir: "Amma siz bilməlisiniz ki, bu, Azərbaycanın ərazi bütövlüyü üçün çox önəmlidir. Daim sizin yanınızdayıq və bunu hiss etməlisiniz".
Fuad Muradov çıxışını "Eşq olsun Azərbaycan əsgərinə!" şüarı ilə bitirdi. Görüşün sonunda millət vəkilləri cəbhə bölgəsində qulluq edən səgrlərə uğurlar arzulayaraq onlara xidməti şərəflə və salamat başa vurmağı dilədilər. Zabit Elşad Əbilov bildirib ki, Ali Baş Komandanımızın tapşırığı əsasında xalqmız vətən torpaqlarını azad etmək üçün səfərbər olub: "Millət vəkilləri də özlərini bu işdən kənara çəkmirlər. İndi onların bizə baş çəkməsi dediyimin bariz nümunəsidir". Azərbaycan ordusunun Ali Baş Komandandan "İrəli" əmrini gözlədiklərini bildirən polkovnik hərbi hissədəki devizi də səsləndirib: "Qan istəsə qan verin, sevin Azərbaycanı! Can istəsə can verin, sevin Azərbaycanı!".
Qeyd edək ki, səfər Parlament Jurnalistlər Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması" layihəsi çərçivəsində baş tutub.