13:43
392
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Florian Virts gələn yay komandasını dəyişə bilər.
23 yaşlı futbolçu yeni komandasında hələ də özünü göstərə bilmədiyi üçün onun mümkün transferi ilə bağlı iddialar yayılıb.
Jurnalist Ekrem Konurun məlumatına görə, “Çelsi”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və “Barselona” klubları almaniyalının vəziyyətini izləyir və onun transferini nəzərdən keçirir.
"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, Virtsin bazar dəyəri 85 milyon avrodur. “Liverpul” 2025-ci ilin yayında Almaniya millisinin üzvünü Leverkuzen “Bayer”indən 125 milyon avroya transfer edib.
Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.