Rutte: NATO Qara dənizdə hərbi mövqelərinə düzəlişlər edə bilər Dünya

Rutte: NATO Qara dənizdə hərbi mövqelərinə düzəlişlər edə bilər

NATO Bolqarıstan sahilləri yaxınlığında gəmilərə pilotsuz uçuş aparatları ilə endirilən zərbələrdən sonra Qara dənizdəki vəziyyəti monitorinq edir və ehtiyac yarandığı təqdirdə regionda müdafiə məsələləri üzrə "öz mövqelərinə düzəliş etməyə" hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Bolqarıstanın baş naziri Rumen Radev ilə telefon danışığından sonra bəyan edib.

"NATO Qara dənizdə alyans ölkələri ilə sıx qarşılıqlı əlaqədə olacaq", - deyə Rutte "X" sosial şəbəkəsində yazıb. - "NATO regionda təhlükəsizlik sahəsindəki vəziyyəti diqqətlə izləyir və ehtiyac yarandıqca müdafiə və çəkindirmə üzrə mövqelərinə düzəlişlər edir".

Məryəm Quliyeva