13:52
392
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Omanın xarici işlər naziri Bədr əl-Busaidi telefon danışığı zamanı Yaxın Şərq üzrə cari gündəliyi müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya diplomatik idarəsinin telefon danışığının yekunlarına dair məlumatında bildirilir.
"Nazirlər Rusiya-Oman münasibətlərinin gələcək inkişafının bəzi praktiki məsələlərinə və gözlənilən təmasların qrafikinə toxunublar. Həmçinin Yaxın Şərq gündəliyinin aktual aspektləri nəzərdən keçirilib", - deyə məlumatda qeyd olunur.
Məryəm Quliyeva