14:55
392
Sanksiyalara və iqtisadi təzyiqlərə qarşı mübarizə hazırda İran üçün silahlı qarşıdurmadan daha vacib vəzifədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.
"Bu gün iqtisadi müharibə hərbi qarşıdurma və ya kibermüharibədən daha vacibdir", - deyə Qalibaf bildirib. Onun sözlərini "Tasnim" agentliyi sitat gətirib. Onun əminliyinə görə, iqtisadi təzyiq "İrana qarşı müharibənin əsas oxudur və ölkə rəhbərliyinin əsas vəzifəsi düzgün qərarların qəbul edilməsi və sabit dövlət idarəçiliyini təmin etməkdir".
İran parlamentinin spikerinin qeyd etdiyi kimi, İslam Respublikası "keçmiş hadisələri diqqətlə qiymətləndirir və həm hökumət, həm də parlament vəziyyətlə bacarmağa çalışır". Qalibaf əlavə edib: "Hazırda bütün qərarların qəbulu zamanı ən vacib prioritet iranlıların və silahlı qüvvələrin rifahıdır". Onun sözlərinə görə, "dövlət əhalinin normal yaşam şəraitinin İrana qarşı tətbiq edilən sanksiyaların və müharibə təzyiqinin təsirinə məruz qalan sonuncu sahə olmasını təmin etməlidir".
Məryəm Quliyeva