17:45
504
2026-ci ilin birinci yarımili ərzində Azərbaycanın bank sektoru üzrə 62 mln. manat məbləğində silinmə baş verib.
Bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.
Bildirilib ki, silinmələr əsasən istehlak portfeli üzrə olmuşdur. Belə ki, dövr ərzində silinmələrin 92%-i (57 mln. manat) istehlak portfeli, 8%-i isə (5.1 mln. manat) biznes kreditləri üzrə olub. Biznesin kreditlərinin cəmi 3.2%-i qeyri-işlək statusundadır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-nin həcmi 30% artaraq 557 mln. manat təşkil edib. QİK əmsalı isə bu seqment üzrə 0.5 faiz bəndi artaraq 3.2% təşkil edib.
Hesabatda bildirilib ki, dövr ərzində qeyri-işlək portfelin artımı əsasən ticarət və xidmət sektorları üzrə müşahidə olunub. Təhlillər biznes portfelində QİK-in artımının fərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərir.