Ərdoğan və Məhəmməd bin Salman husilərin hücumlarını müzakirə ediblər Dünya

Ərdoğan və Məhəmməd bin Salman husilərin hücumlarını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, danışıq zamanı o, husilərin krallığa hücumlarını pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Ərdoğan Türkiyənin Səudiyyə Ərəbistanına dəstəyini təsdiqləyib və krallığın böhranın öhdəsindən gələ biləcəyinə əminliyini ifadə edib.

Məryəm Quliyeva