Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib Siyasət

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib.

APA xəbər verir ki, Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edibLaos Prezidenti Fəxri xiyabanı ziyarət edibLaos Prezidenti Fəxri xiyabanı ziyarət edib