16:04
546
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, bazar ertəsi günü ABŞ Konqresinə noyabr seçimIəri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Onların (İran xalqının) hətta rəhbəri də yoxdur. Problem də bundadır. Bəlkə də biz bu rəhbərlərlə bağlı həddindən artıq uzağa getdik, çünki kiminlə iş gördüyümüzü bilmirik", - deyə o vurğulayıb. Çıxış "CNN" telekanalı tərəfindən canlı yayımlanıb.
Məryəm Quliyeva